İki gündə 16 dələduzluq faktı qeydə alınıb

post-img

Polis əməkdaşlarının iyulun 16-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib. İyulun 15-də isə dələduzluq etdiyinə görə 7 nəfər saxlanılılıb. 

Məlumatı DİN-in mətbuat xidməti verib. 

İyulun 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 1 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat