Türkiyə və BƏƏ arasında 7 müqavilə imzalanıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın iştirakı ilə iki ölkə arasında 7 saziş imzalanıb. Məlumatı “Anadolu” verib. 

Prezident Ərdoğan və Əl-Nəhyanın sədrliyi ilə keçirilən ikitərəfli danışıqlar və Yüksək Səviyyəli Strateji Şuranın ilk iclasından sonra Türkiyə ilə BƏƏ arasında müqavilələr imzalanıb.

Prezident Ərdoğan çıxışında Yüksək Səviyyəli Strateji Şuranın ilk iclası münasibətilə Əl-Nəhyanı və nümayəndə heyətini Ankarada qəbul etməkdən məmnun olduğunu bildirib.

Bu səfərin və bugünkü məsləhətləşmələrin xeyrə xidmət etməsini arzulayan Prezident Ərdoğan əlavə edib: “2023-cü ildə Əbu-Dabiyə səfərim zamanı hörmətli qardaşım Şeyx Məhəmməd bin Zayedlə qurduğumuz strateji ortaqlığımız bütün sahələrdə öz bəhrəsini verməyə başladı. Ticarətdən infrastruktura, nəqliyyatdan enerjiyə, bütün sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etdik”.

Onun sözlərinə görə, Əmirliklər Türkiyənin Yaxın Şərqdə aparıcı ticarət tərəfdaşına çevrilib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat