Səhərdən-axşama qulaqcıqla gəzənlərə pis xəbər var. Rusiyalı həkim Yelena Şurayeva yayda qulaqcıqların infeksiyalara səbəb olduğunu bildirib.
Onun sözlərinə görə, yayda, xüsusilə isti və rütubətli havada qulaqcıq taxmamaq lazımdır. Əgər onu taxmaq çox vacibdirsə, 1 saatdan sonra mütləq çıxarıb fasilə vermək lazımdır. Həkimin sözlərinə görə, qulaqcıqlardan cəmi 30 dəqiqə istifadə etdikdən sonra qulaq kanalının temperaturu 2,4 dərəcə, rütubəti isə 35 faiz yüksəlir.
Yayda bu, “pseudomonas aeruginosa və staphylococcus aureusun” (stafilakokk) çoxalması üçün ideal şərait yaradır. Bundan əlavə, sıx qulaq yastıcıqları əlavə olaraq epiteli zədələyir və ventilyasiyanı bloklayır.
Buna görə də, 60 dəqiqəlik məhdudiyyətin olmamasına baxmayaraq, hər 40–50 dəqiqədən sonra qulaqdaxili qulaqcıqları 10 dəqiqəlik çıxartmaq daha yaxşıdır. Aktiv tərləmə halında isə qulaqcıq 20–30 dəqiqədən sonra çıxarılmalıdır.
Fasilə zamanı qulaq seyvanı qurudulmalıdır. Qulaqcıqlar heç kimlə paylaşılmamalıdır. Onları hər gün spirtlə, salfetlə silmək də vacibdir. İdman üçün açıq modelləri seçmək daha yaxşıdır.
Z.HÜSEYNLİ
XQ