İki yolda düyməli piyada işıqforları quraşdırılıb

post-img

Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi iki yolda düyməli piyada işıqforları quraşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir.

Paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasının qarşısında və Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (“Azure” Biznes Mərkəzinin qarşısı) piyadalar və avtomobillər arasında hərəkət növbəliliyi olmadığından nəqliyyat sıxlığı və qəza şəraiti yaranırdı 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən hər iki piyada keçidində 4 ədəd LED işıqlandırma ilə təchiz olunan düyməli piyada işıqforları quraşdırılaraq piyadaların istifadəsinə verilib. Nəticədə həm hərəkət növbəliliyi təmin olunub, həm də qəza şəraiti aradan qaldırılıb.

Hazırda digər ərazilərdə olan piyada keçidlərində də nəqliyyat və piyada intensivliyi nəzərə alınaraq işıqforların quraşdırılması işləri aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat