Ağstafada bərəkət təntənəsi

post-img

Ağstafa şəhər Heydər Əliyev adına istirahət parkında keçirilən məhsul bayramında heyvandarlıq, əkinçilik, arıçılıq və digər kənd təsərrüfatı, eyni zamanda, yerli şirkətlərin istehsalı olan məhsulların sərgi-satış yarmarkası təşkil edilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, Ağstafa aqrar rayon olmaqla yanaşı, burada müxtəlif növ kənd təsərrüfatı məhsullarını yetişdirmək üçün münbit torpaq və iqlim şəraiti var. İqtisadi göstəriciləri ildən-ilə artan Ağstafada məhsul bayramını qeyd etmək bütün zəhmətkeşlərin və rayon sakinlərinin ürəyincədir.

Yerli fermerlərin və aqrar şirkətlərin təqdim etdikləri 20-dən artıq stenddə məhsullar alıcılara bazarlarla müqayisədə sərfəli qiymətə təklif olunub.

XQ



Sosial həyat