Polad Bülbüloğlu Vyana Mədəniyyət Mərkəzinin tədbirində iştirak edəcək

post-img

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu iyunun 26-27-də Vyana Mədəniyyət Mərkəzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzlərinin  tədbirində iştirak edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə bildirilib ki, tədbirin məqsədi mədəniyyət mərkəzlərinin hesabatlılığının təmin edilməsi, fəaliyyətlərinin səmərəliliyinin qiymətləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsidir.

Səfər iyunun 28-də başa çatacaq.

Sosial həyat