İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iyunun 20-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında Mingəçevir şəhər və Yevlax rayon sakinlərini qəbul edib.
Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, agentliyin Mingəçevir filialının rəhbərinin, Mingəçevir, Yevlax və ətraf rayon mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 30 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən icbari tibbi sığorta hesabına müayinə-müalicə, tibbi göndərişlərin verilməsi, 000tibbi xidmətin təşkili, dərman təminatı, iş və əmək münasibətləri ilə bağlı olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
P.ƏMİRCANOV
XQ