Ümumi çəkisi 52 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 20-də ümumi çəkisi 52 kiloqramdan artıq narkotik vasitə, 299 ədəd psixotrop tərkibli həb və 769 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 13,4 tondan artıq 20359 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

İsmayıllıda isə həyətində çətənə kolu yetişdirən şəxs tutulub. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 39 yaşlı Ceyhun Məmmədov saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 61 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb,  C.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat