Bərdədə ərzaq mağazasında yararlılıq müddəti bitmiş məhsullar aşkarlanıb

post-img

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Babək küçəsində fəaliyyət göstərən, Bayramov Ərşad Üzeyir oğluna məxsus pestisid, aqrokimyəvi maddə və toxum satışı mağazasında yoxlama keçirib.

Baxış zamanı yararlılıq müddəti bitmiş toxum və herbisid aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.





Sosial həyat