İyunun 13-də polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçiriblər.
Bu barədə DİN-dən məlumat verilib.
Nəticədə ümumi çəkisi 3 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 69 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 2 tona yaxın çəkidə 22100 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ