Qarabağ “DOST Evi”nə yeni benefisiarlar qəbul edilib

post-img

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” filalına Bərdə, Tərtər və Ağdam rayonları üzrə həssas əhali qruplarına aid daha 19 vətəndaş qəbul olunub.

Filailın Qiymətləndirmə Komissiyası tərəfindən onların yaradıcılıq qabiliyyəti qiymətləndirildikdən sonra müəssisədə müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb ediliblər.

Bərdədəki Qarabağ Regional DOST Mərkəzində fəaliyyət göstərən filialda hazırda 33 benefisiar müxtəlif xidmət istiqamətləri (floristika, kulinariya, təsviri incəsənət, xalçaçılıq, toxuma, tikmə, bədii oyma) üzrə təlimlərdə bacarıqlarını təkmilləşdirir. Onların iştirakı ilə infotur, konsert və sərgilər də təşkil edilir.

Hazırda Qarabağ “DOST Evi”nə qəbul prosesi davam edir. Əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvləri Qarabağ “DOST Evi”nin xidmətlərindən yararlana bilərlər.

Qəbul üçün DOST mərkəzlərinə və Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edərək qeydiyyatdan keçmək mümkündür. Mərkəzin rəsmi sosial media hesablarına və 142 Çağrı Mərkəzinə müraciət etməklə ətraflı məlumat almaq olar.











Sosial həyat