Reinteqrasiya tədbirləri nəticəsində bu il 64 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində bu il daha 64 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.

Məlumatı ƏƏSM verib.

Uşaqların həmin müəssisələrinə düşməsinin qarşısının alınması da əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Cari ildə 100 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Beləliklə, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.

Sosial həyat