Dövlət Gömrük Komitəsinin “Smart Customs” mobil tətbiqində yeniliklər tətbiq edilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bildirir ki, dizayn və funksionallıq baxımından aparılan təkmilləşdirilmələr səmərəliliyi, istifadəçi rahatlığını daha da artırır, əməliyyatların asan şəkildə reallaşdırılmasına şərait yaradır.