Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatınının əməkdaşı ilə birgə Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov giriş sözü ilə açaraq mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiya qəbul olunmuşdur.
Həmçinin, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşı Həsən Həsənov, Naxçıvan Dövlət Universitetinin əməkdaşları Əziz Qasımov və Zamin Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Sonda Konstitusiya və Suverenlik İlinə həsr olunmuş "Dövlətin əsasları" filmi nümayiş olunub.