Tovuza güclü dolu yağıb

post-img

Tovuzda güclü dolu əkin sahələrinə və meyvə ağaclarına zərər verib. Dünən gecə saatlarında yağan güclü yağış rayonun Əhmədavad kəndində ciddi fəsadlar törədib. 10-15 dəqiqədən çox davam edən dolu əkin sahələrinə, meyvə ağaclarına ziyan vurub. 

Hava şəraitinə görə, kənd yollarında nəqliyyatın hərəkətində də çətinliklər yaranıb. Sel suları sakinlərin əkin sahələrinə dolub, təsərrüfatlara ziyan dəyib. Həmçinin elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Tovuz 26 nömrəli “Yol İstismarı” MMC-nin texnika və canlı qüvvəsi əraziyə cəlb olunaraq yolda selin yaratdığı fəsadları aradan qaldırıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, aidiyyəti qurumlar tərəfindən kənd sakinlərinə dəymiş ziyan hesablanır. Bölgədə yağıntılı hava şəraiti davam edir.

XQ

Sosial həyat