Xeyli salah-sursat təhvil verilib

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Mayın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 17 avtomat silahı, 2 tapança, 2 qumbara, 3 tüfəng, 7 patron darağı, 1005 ədəd müxtəlif çaplı patron və 8 ədəd süngü-bıçaq aşkar edərək götürüblər.

Qax rayonunda da odlu silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan 2 ədəd “Kalaşnikov” avtomatı, daraqlar, 55 ədəd patron və 1 qumbara aşkarlanıb.

Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 4 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

P.ƏMİRCANOV
XQ

Sosial həyat