Məktəblərin yaxınlığında piyada və nəqliyyat svetoforları quraşdırılıb

post-img

Həm şagirdlərin, həm də məktəblərin yaxınlığında yaşayan vətəndaşların yoldan keçməsi daha təhlükəsiz oldu. Bu məqsədlə Bakıda iki məktəbin yaxınlığında piyada və nəqliyyat svetoforları quraşdırılıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün Yasamal rayonu, Akim Abbasov küçəsi, 158 nömrəli tam orta məktəbin qarşısında düyməli piyada svetoforu quraşdırılıb.

Bununla yanaşı, Sabunçu rayonu, Nazim İsmayılov və Fikrət Tağıyev küçələrinin kəsişməsində, 72 nömrəli tam orta məktəb-liseyin yaxınlığında da piyada və sürücülərin rahat hərəkəti üçün nəqliyyat svetoforları quraşdırılaraq işə salınıb.

Mərkəz tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat