Konqres Mərkəzində sərgi

post-img

Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” forumu çərçivəsində milli sənətkarlıq nümunələrindən ibarət sərgi nümayiş etdirilib.

116 ölkədən nüfuzlu qeyri-hökumət təşkilatının rəhbərləri və vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı konfrans iştirakçıları Konqres Mərkəzinin təlim studiyalarında təlimçi və benefisiarların ərsəyə gətirdiyi əl işlərinə baxıblar. Ekspozisiyada bədii tikmə və oymaçılıq, təsviri incəsənət, dulusçuluq, floristika, xalçaçılıq nümunələri sərgilənib.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat