Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu il 400-dək əlilə də bərpa vasitələrini yaşadıqları ünvanlarda təqdim edib.
Onlara mühərrikli – təkərli oturacaq, sanitar təkərli oturacaq, aşağı ətraf protezi, ortopedik və protez ayaqqabı, süd vəzi protezi, hərəkətli – qaldırıcı qurğu, əsa, dördayaqlı dayaq, dirsəkaltı və qoltuqaltı ağac və s. olmaqla ümumilikdə 1000-dən çox bərpa vasitəsi verilib. Bakıda, Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən fiziki məhdudiyyətli insanlara bu vasitələr ünvanlarında çatdırılır.
Zərifə BƏŞİRQIZI
XQ