Spirt “şəkər”i alovlandırır

post-img

Bəzi insanların fikrincə, şəkər xəstələrinə müəyyən miqdarda meyvə arağı içmək xeyirdir. Amma araşdırmalar onu göstərir ki, bu fikir kökündən yanlışdır. Alkoqol diabetdən əziyyət çəkən insan üçün inanılmaz dərəcədə təhlükəlidir. Endokrinoloq və genetik Kristina Kuznetsova jurnalistlərə bu barədə açıqlamasında deyib:

– Spirt orqanizmdə mühüm orqanların fəaliyyətini pozur. Onlardan biri də şəkər xəstələri üçün zəruri olan insulin istehsal edən orqandır.

Şəkər xəstəliyindən əziyyət çəkən insan üçün spirt közü alovlandırmaq kimidir. Alkoqoldan istifadə, hətta, ölümlə nəticələnə bilər. Çünki spirt insulin istehsal edən qaraciyər və mədəaltı vəzin fəaliyyətini pozur.

Endokrinoloq diabetdən əziyyət çəkən insanlara ciddi fəsadların qarşısını almaq üçün tövsiyə edir:

– pəhrizə riayət etmək;

– qanda insulin səviyyəsini mütəmadi olaraq izləmək;

– sağlam həyat tərzinə əməl etmək lazımdır.

Həkim vurğulayıb ki, bu xəstəlik digər orqanların işinə mənfi təsir göstərdiyi üçün, xüsusilə, təhlükəlidir. Şəkərli diabet ürəyə, böyrəklərə, qaraciyərə və qan damarlarına ziyan vurur.

Spirt və çaxır isə qan damarlarını təmizləmir, əksinə, onun elastikliyini azaldır. Buna görə də alkoqoldan uzaq durmaqda fayda var.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat