BDU-da əlvan aksiya

post-img

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, “BDU könüllüləri”, Tələbə Gənclər Təşkilatının dəstəyi ilə çiçəkəkmə aksiyası keçirilib.

BDU-dan mətbuata bildirilib ki, çiçəkəkmə aksiyasında gənclər təşkilatlarının üzvləri, müxtəlif fakültələrin tələbələri iştirak ediblər.

Aksiya zamanı universitetin həyətində müxtəlif növ çiçəklər əkilib, quşlar üçün evciklər düzəldilib, işıq dirəklərinə gül dibçəkləri quraşdırılıb. Aksiyanın məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

FİDAN
XQ

Sosial həyat