Mehmanxanalar üçüncü MDB oyunlarına necə hazırlaşır?

post-img

Bu suala Gəncədə “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda keçirilən tədbirdə aydınlıq gətirilib.

Gəncə Regional Turizm İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional dövlət yanğın nəzarəti idarəsinin birgə təşkilatçılığı ilə qərb bölgəsində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi ilə bağlı tədbirlər həyata keçiriBu çərçivədə hər iki qurum tərəfindən tərəfindən Gəncə şəhərində yerləşən “My Way Boulevard” hotelində “Mehmanxanalarda yanğın təhlükəsizliyi” mövzusunda təşkil olunan maarifləndirmə tədbiri böyük maraqla qarşılanıb.

Tədbirdə mehmanxana tipli müəssisələrin idarəçiləri iştirak ediblər.

Gəncə Regional Turizm İdarəsinin rəis müavini Həmid Nəsirov giriş sözü ilə çıxış edərək, 2025-ci ildə Azərbaycanda III MDB oyunlarının keçirilməsi ilə bağlı qərb bölgəsində Azərbaycan Hotellər Assosiasiyası ilə birlikdə mehmanaxana tipli yerləşmə müəssisələrində ulduz sertifikatlarının verilməsi ilə əlaqədar audit prosesinin davam etdiyini və bu kontekstdə yerləşmə müəssisələrinin ulduz alınmasında əsas meyarlardan və şərtlərindən biri kimi məhs yanğın təhlükəsizliyinə dair müvafiq tədbirlərin olmasının vacibliyini diqqətə çatdırıb. 

Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Abbas Abbasov çıxış edərək, təhlükəsizliyin təmin olunmasına obyekt rəhbərinin şəxsən məsuliyyət daşıdığını vurğulayıb, yanğın zamanı zəruri davranış qaydalarından bəhs edib və əməkdaşların həmin qaydalara ciddi riayət etmələrinin vacibliyini diqqətə çatdırıb.

Eyni zamanda, binaların və binaətrafı ərazilərin təmiz saxlanılmasının, yanğından müdafiə sistemlərinin saz vəziyyətdə olmasının zəruriliyi qeyd edilib.

Toplantıda həmçinin mütəxəssislərə elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib, videoçarxlar nümayiş etdirilib.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Gəncə









Sosial həyat