Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Məlumatı DİN mətbuat xidməti verib.
Aprelin 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 avtomat silahı, 8 tapança, 42 qumbara, 2 alışdırıcı, 46 ədəd UZRQM partladıcısı, 37 tüfəng, 15 patron darağı və 2968 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbir nəticəsində 38 yaşlı paytaxt sakini 1 avtomat silahı və 1 patron darağını könüllü olaraq polisə təhvil verib.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ