Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib

post-img

Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumatı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb. 

Məlumata görə, hadisə Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verib. Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. 

Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.

P.ƏMİRCANOV

XQ



Sosial həyat