Laçında keçirilən əmək yarmarkasında 210-dan çox vakansiya təqdim edilib

post-img

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçında növbəti əmək yarmarkası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə keçirilən yarmarkada 9 işəgötürən tərəfindən 213 vakansiya təqdim olunub.

Onların sırasında həkim, elektrik, xəzinədar, aşpaz, sürücü, təsərrüfat işçisi, ofisiant, qeydiyyatçı, gözətçi və s. kimi vakansiyalar yer alıb. Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.

Yarmarkada Laçın sakinlərinə icra olunan məşğulluq tədbirləri barədə də məlumat verilib.

Sosial həyat