Töküləndə saç – bibəriyyədir əlac

post-img

Son zamanlar gözəllik mütəxəssisləri bibəriyyə suyunun saç tökülməsini dayandırdığını və hətta yeni saçlar çıxardığını bildirirlər. Saç tökülməsi və seyrəlmə problemi olanlar da buna “rozmarin”lə çarə axtarırlar.

Lakin onun xeyri kimi, zərəri barədə də, yəqin ki, çoxları bilmir. Fitoterapevtlər bununla bağlı diqqətli olmağı tövsiyə edirlər.

Bildirirlər ki, bibəriyyə suyunun saça zərər verməsi, adətən, yanlış istifadə və ya həddindən artıq tətbiq nəticəsində baş verə bilər.

Bibəriyyə saç sağlamlığı üçün faydalı ola biləcək bir bitkidir, lakin bəzi hallarda arzuolunmaz təsirlər də yaradır. O bəzi insanlarda allergik reaksiyalara səbəb olur. Dəridə qaşınma, qızartı, səpgi və ya şişkinlik kimi əlamətlər müşahidə oluna bilər. Bibəriyyə suyu yalnız saç köklərinə fayda verəcək miqdarda istifadə edildikdə təsirlidir. Ona görə də həkim-kosmetoloq və ya fitoterapevtlə məsləhətləşmək lazımdır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat