Vətəndaşların ümumilikdə 66 997 manatı talanıb - DİN çağırış edir

post-img

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir. Kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablandırılmadan, saxta linklərə daxil olunmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar. 

Bu barədə DİN mətbuat xidmətinin məlumatında bildirilir. 

Aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. 

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Şəxsi bank məlumatlarını qətiyyən naməlum şəxslərə verməyin!

P.ƏMİRCANOV
XQ

Sosial həyat