Aprel şəhidlərinə ehtiram

post-img

Şəmkirdə Aprel döyüşlərində şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi yad olunub. Şəhid ailələri və qazilərlə keçirilən görüşdə RİH başçısı Rəşad Tağıyev şəhidlərimizin valideynlərinə belə qəhrəman övladlar böyüdən ata-analara minnətdarlığını bildirib.

R.Tağıyev vurğulayıb ki, 2016-cı ilin Aprel döyüşlərində əldə edilən böyük hərbi uğurun məntiqi nəticəsi olaraq 2020-ci ildə Vətən müharibəsində xalqımızın əbədi və əzəli torpaqları olan Qarabağ düşmən işğalından tamamilə azad edildi. Lələtəpədən başlanan şərəfli yol böyük Zəfər ilə bitdi, xalqımız qələbə sevinci yaşadı. Milli birlikdən güc alan, işğalla barışmayan Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızı dalğalandırdı.

Çıxış edənlər şəhidlərimizin qəhrəmanlıqlarından danışaraq, onların ömür yollarının gənclərə örnək olduğunu diqqətə çatdırıblar.

H.QASIMOV,
XQ-nin bölgə müxbiri

Şəmkir

Sosial həyat