İnternat məktəbinin şagirdlərinin FHN-in Akademiyasına səfəri təşkil olunub

post-img

Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində təhsil alan eşitmə məhdudiyyətli üzvlərinin FHN Akademiyasına səfəri təşkil olunub.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd şagirdləri FHN-in, o cümlədən Akademiyanın fəaliyyəti ilə yaxından tanış etmək, məktəblilərin hərtərəfli inkişafına, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasına köməklik etmək olub.

Əvvəlcə, qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Burada şagirdlərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.

Daha sonra şagirdlər Akademiyanın 15 illik fəaliyyətini əks etdirən muzey, fənn kabinetləri, laboratoriyalar, kitabxana, həmçinin fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Sonda şagirdlərə fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumat verilib, suallar cavablandırılıb.









Sosial həyat