Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşını təltif edib

post-img

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səkkiz əməkdaşı “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Sosial həyat