Neftçi alimlərin ustad dərsləri

post-img

Bakının Qaradağ rayonundakı Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq çərçivəsində nümunəvi dərslər keçirilib.

İlk dərs ADNSU-nun müəllimi, fizika üzrə fəlsəfə doktoru Dünyaməddin Əsgərovun rəhbərliyi ilə 10c (texniki təmayül) sinfində “Səs dalğaları, səsin sürəti” mövzusunda keçirilib. İkinci dərs isə məktəbin 10t ( texniki təmayül) sinfində fizika üzrə fəlsəfə doktoru İbrahim Abbasov tərəfindən eyni mövzuda keçirilib.

Məktəbin direktoru Aygün Hüseynova diqqətə çatdırıb ki, nümunəvi dərslər ADNSU ilə məktəb arasında əlaqənin genişləndirilməsi, məktəblilərin elmə marağının artırılması və yüksək bacarıqlı kadrların yetişdirilməsi məqsədlərinə xidmət edir. Şagirdlərin elmi araşdırma məsələlərinə həvəsləndirilməsi və dünyagörüşünün düzgün istiqamətdə formalaşdırılması da bu layihənin məqsədlərindəndir.

XQ

Sosial həyat