Polis Cəbrayılda şagirdlər üçün maarifləndirmə tədbiri keçirib

post-img

Cəbrayıl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Məlumatı DİN mətbuat xidməti verib. 

Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Toğrul Mahmudov narkotik vasitələrin insan həyatına, düşüncə qabiliyyətinə göstərdiyi mənfi təsirlərdən danışıb. O, narkomaniyaya aludə olan şəxslərin ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından, sağlamlığın bərpası prosesinin çətin olduğundan söhbət açıb. Gənclərə pis vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi keçirməyi,  dərslərini yüksək qiymətlərlə oxumaları tövsiyə edilib. Daha sonra çıxış edənlər də narkotik asılılığın cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar.

Sonda maraq doğuran suallar cavablandırılıb.

P.ƏMİRCANOV
XQ



Sosial həyat