Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialında bu ilin iki ayında 343 vətəndaşa xidmətlər göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlər pensiya və müavinət, sosial xidmət, məşğulluq, əlillik və s. məsələləri əhatə edib.
Xidmət üçün müraciət edən vətəndaşların orta gözləmə müddəti 55 saniyə, orta xidmət müddəti isə 7 dəqiqə 42 saniyə təşkil edib.
Şuşa filialında göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 99,7 faiz olub.