Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun “Meşə ekosistemləri” və “Dendroxronologiya” laboratoriyasının əməkdaşları - tərəfindən, İnstitutun təcrübə sahəsində mübadilə nəticəsində əldə edilmiş yeni növ toxum nümunələrinin təcrübəsi aparılmışdır. Meşələrin bərpa olunma qabiliyyətini artırmaq və bununla da iqlim dəyişikliklərinin təsirinin yumşaldılması üçün görülə biləcək tədbirlər vardır. Həyata keçirilmiş fəaliyyətlərə ağacların əkilməsi, toxum səpimi, eləcə də təbii regenerasiyanı təşviq edən tədbirlər, o cümlədən cavan ağacların böyüməsini asanlaşdıran tədbirlər daxildir. Meşə transformasiyası prosesində əkiləcək və ya səpiləcək cinslərin və mənşələrin seçilməsi xüsusilə vacibdir. Hansı cinslərin və mənşələrin istifadə olunacağı haqqında qərar verərkən iqlim şəraitlərini nəzərə almaq zəruridir.
Meşə ehtiyatlarinin qorunmasi məqsədi ilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan ağaclarin yetişdirilməsi məqsədi ilə tərəfimizdən öyrənilən Leucaena leucocephala (Lam.) de Wit. növünün toxumdan öz-özünə bərpası üzrə üçün Saray qəsəbəsi təcrübə sahəsində 15.05.2024 tarixində torpağa səpilmişdir. Leucaena leucocephala (Lam.) De Wit. növün toxumları Centro di Ateneo Orto Botanica Rio de Janeyro (Braziliya) Mərkəzi Nəbatat Bağından mübadilə nəticəsində əldə edilmişdir. 2020-2025 -ci illər Leucaena leucocephala (Lam.) de Wit növünün toxumdan özözünə bərpası üçün təcrübələr aparılmışdır. Hal-hazırda Leucaena leucocephala (Lam.) de Wit. növünün cücərtilərinin hündürlüyü 15-18 sm-dir.
Qeyd edək ki, Dendrologiya İnstitutu dünyanın müxtəlif Botanika bağları və institutları ilə toxum mübadiləsi aparır. İlin əvvəlindən İtaliya, Moldaviya, Rumuniya, Bişkek, Rusiyanın Amur vilayətindən, ümumilikdə 24 növ, 27 cins, 19 fəsiləyə aid olan toxum növləri əldə edilmişdir. Əldə edilmiş yeni növ toxum nümunələri qeydə alınmış, morfoloji göstəriciləri təsvir edilmiş, fotoşəkilləri çəkilmişdir. Hər yeni növ bitkinin bioloji xüsusiyyətinə uyğun olaraq səpinə hazırlanmışdır. Birləşmiş Krallıq, Beynəlxalq Botanika Bağlarının Mühafizəsi (BGCI) cəmiyyətindən, biomüxtəlifliyin qorunmasında, elmin yeni nailiyyətlərini institutumuzda tətbiq ütdiyimiz üçün, Beynəlxalq mübadilə ilə, qlobal bitki mühafizəsinə kömək etdiyimiz üçün, gördüyümüz işlərlə davamlı dəstəyinimizə görə təşəkkür məktubu alınıb.
Toxumların keyfiyyətini yoxlamaq üçün laboratoriya şəraitində petri fincanında cücərtilmişdir. Yeni növlərin açıq və qapaqlı şəraitində adaptasiyasi, böyümə dinamikası, illik boy artımı, fenoloji inkişaf mərhələləri araşdırılır.
İtaliyanın Padau Botanika Universitetindən Paulownia tomentos, Corydalis cava (L.) Schweigg. & Körte, Psidium guajava L.,Chelidonium majus L., Psidium humile, Psidium cattleianum və Rumıniyanın Sibiu "Vasile Fati" Nəbatat Bağıdan Clematis L . cinsinə aid 7 növ, Metasequoia glyptostroboides Hu & W.C.Cheng, (küt yarpaq Sərv) Chamaecyparis obtusa (Siebold & Zucc.) Endl., (çox çiçəkli Visteriya) Wisteria floribunda (Willd.) DC., (Çin Visteriyası (sims) şirin) Wisteria sinensis (sims) sweet, (zərif Deysiya ), Arbutus unedoL.(irimeyvə çiyələk ağacı), Deutzia gracilis Siebold & Zucc., ( qabarıq Deysiya) Deutzia scabra Thunb., Viburnum L. – Başınağac cinsinə aid iki növ, Hibiscus moscheutos, Hibiscus ludwigii, Carica papaya L., Leucaena Leucocephala (Lam.) de Wit, Leucaena pulverulenta (Schltdl.) Benz, ümumilikdə 28 növ, 17 cins, 19 fəsiləyə aid olan toxumlar əldə edilmişdir. Yeni növ toxumlar qeydə alınmış, morfoloji göstəriciləri təsvir edilmiş, fotoşəkilləri çəkilmişdir. Hər yeni növ bitkinin bioloji xüsusiyyətinə uyğun olaraq səpinə hazırlanmışdır. Yeni növ toxumlar tədqiqat üçün əməkdaşlara paylanılıb.