Tibbi - sosial agentlik beynəlxalq müsabiqə qalibidir

post-img

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Birləşmiş Krallıqda yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə agentliyin “Tibbi şəhadətləndirmə” altsistemini ekspertlər yüksək balla qiymətləndiriblər. Beləliklə, agentlik “İlin Rəqəmsal Layihəsi” ali mükafatına layiq görülüb.

2016-cı ildən təşkil edilən müsabiqədə DTSERA ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit Okean hövzəsi regionundan 500-dən çox qurum iştirak edib.

Zərifə HÜSEYNOVA
XQ

 

Sosial həyat