Səyyar “ASAN xidmət” davam edir

post-img

Səyyar ASAN xidmət 3-18 mart tarixində Zaqatalada, Neftçalada, Şəmkirdə, Ağstafada, Siyəzəndə, Astarada, Naftalanda, Ucarda və Xırdalanda vətəndaşlara xidmət göstərəcək.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.

Neftçalada Səyyar ASAN xidmətin iş qrafiki saat 11:00-dan 17:00-ə qədərdir.

Sosial həyat