Bugünkü təlatümlü dünyada biz demokratiya, ticarət və ailə dəyərlərinin nə olduğunu bilən tərəfdaşlar axtarırıq. Biz artıq Azərbaycan, Türkiyə və Gürcüstanın timsalında belə dostlar tapmışıq.
AZƏRTAC gürcü mətbuatına istinadla xəbər verir ki, bu sözləri Nyu-Yorkda Gürcüstan, ABŞ, Türkiyə və Azərbaycan arasında işgüzar əlaqələrin dərinləşdirilməsinə həsr olunmuş tədbirdə Nyu-York Ticarət Palatasının prezidenti Mark Jaffe söyləyib. Mark Jaffe cari ilin ticarət əlaqələrinin inkişafı və sülhün bərqərar olması üçün uğurlu il olacağına ümid etdiyini bildirib.
“Biz artıq Gürcüstanda belə bir dost, eləcə də Türk-Amerika Palatasından və Azərbaycandan yaxşı dostlar tapmışıq. ABŞ-la birlikdə dördümüz də bəyan edirik ki, biz birlikdə biznes edə bilərik və bizə müharibələr lazım deyil. 2025-ci ilin əvvəlində ABŞ-da artıq yeni administrasiya var və Nyu-Yorkda mühüm seçkilər yaxınlaşır. Biz daha çox iş görmək, sülh yaratmaq, ticarət əlaqələrini inkişaf etdirmək üçün çox uğurlu və məhsuldar bir il olacağını düşünürük”, – deyə o vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi