Seulda Xocalı soyqırımına həsr olunan ikinci simpozium

post-img

Azərbaycanın Koreya Respublikasındakı səfirliyi DGIEA Koreya-Azərbaycan Assosiasiyası və Koreyanın “Eduniety Lab” təhsil agentliyi ilə birlikdə Seulda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş simpozium təşkil edib.

Azərbaycan səfiri Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları və ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri barədə məlumat verib. Tədbirin tərəfdaşları qismində DGIEA Koreya-Azərbaycan Assosiasiyasının prezidenti Li Min Yonq və “Eduniety Lab” təhsil agentliyinin baş icraçı məmuru Li Kitek tədbir iştirakçılarını salamlayan çıxışlar ediblər.

Giriş nitqlərindən sonra panel müzakirələri keçirilib. Koreyanın Hankuk Xarici Dillər Universitetinin Türkiyəşünaslıq-Azərbaycanşünaslıq kafedrasının rəhbəri, professor Oh Çonq-cin, tarixçi və köşə yazarı Lim Myeonq-Muk, İnha Universitetinin Multikultural təhsil kafedrasının dosenti, Dr. Oh Yonq-Sub, “Eduniety Lab” agentliyinin tədqiqat institutunun rəhbəri, Dr. Lim Sunq Hee və tanınmış yazıçı, Azərbaycanın xalq nağıllarının Koreya dillində dərc olunduğu “Günəşin məhəbbəti” adlı kitabın redaktoru Yu Sucin çıxış edərək Xocalının günahsız sakinlərinin soyqırımına məruz qalmasından, eyni zamanda Azərbaycanın davamlı sülhə nail olmaq üçün göstərdiyi səylərdən, multikulturalizm dəyərlərindən bəhs ediblər.

XQ

Sosial həyat