Anan səni ər doğubdu, Ərdoğan!

post-img

Ululardan dərs almısan, ulusan,
Amalı pak, əməli düz – doğrusan,
Ər kişisən, ər kişinin oğlusan!
Sən tək oğlu doğa bilməz hər doğan –
Anan səni ər doğubdu, Ərdoğan!

Ulu türkün Haqq işinə dayaqsan,
Gecə-gündüz savaşdasan, oyaqsan,
Bu savaşla sabahlara mayaksan!
Hər addımda Haqq göyərdən, Şər boğan –
Anan səni ər doğubdu, Ərdoğan!

“Dəmir yumruq” Qarabağa yol açdı,
Qarı düşmən “Aman!” – deyib dil açdı,
Xarıbülbül xilas olub gül açdı!
Şuşamıza qonaq gəldi Ərdoğan –
Anan səni ər doğubdu, Ərdoğan!

Sevincimiz-kədərimiz birdi – bir!
Bir millətə iki dövlət pirdi – pir!
Dostluğumuz möcüzədi, sirdi – sirr!
Türk igidlər fil aşıran, nər boğan –
Anan səni ər doğubdu, Ərdoğan!

Tahir AYDINOĞLU

Sosial həyat