Limonlu çay – içdikcə say

post-img

Gündəlik həyatda tez-tez içdiyimiz çay, limonla birləşdikdə sağlamlıq üçün daha da faydalı olur. Mütəxəssislər bildirirlər ki, limon tərkibindəki C vitamini və antioksidanlar sayəsində immunitet sistemini gücləndirərkən, çayın qida dəyərini də artıraraq orqanizmi bir çox müsbət qatqılarla təmin edir.

Həzmi dəstəkləyən, toksinləri çıxaran və maddələr mübadiləsini sürətləndirən təsirləri ilə seçilən limonlu çay, dadı və sağlamlığa faydaları ilə bir çox insanın seçimidir.

Çaya limon sıxmağın hansı faydaları var?

Limon tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini dəstəkləyir və xəstəliklərə qarşı dözümlülük yaradır. O, çayın tərkibindəki antioksidantları artıraraq orqanizmi qoruyur. Limon suyu mədəni sakitləşdirir, həzmi asanlaşdırır və şişkinliyi azaldır.

Limonlu çay yağ yandırılmasını dəstəkləyərək arıqlamağa kömək edə bilər. Tərkibindəki antioksidantlar və C vitamini dərini daha parlaq və sağlam göstərir. Limonlu çay orqanizmi toksinlərdən təmizləyərək detoks effekti yaradır. O, ağız qoxusunu aradan qaldırmağa kömək edir və nəfəsi təravətləndirir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat