Bakıda “Nuxa” restoranının fəaliyyəti dayandırılıb

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin məlumatına görə, xidmət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 1055-ci məhəllədə yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən “Nuxa” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən restoranın mətbəxində yanğın təhlükəsizliyi tələblərinə zidd olaraq təbii qaz təsərrüfatından istifadə edilir, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud qurğulara xüsusi lisenziyası olan təşkilatlar tərəfindən xidmət göstərilməyib, elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib və c. 

Qeyd olunanları nəzərə alaraq, “Nuxa” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

P.ƏMİRCANOV
XQ



Sosial həyat