Polis əməkdaşlarının fevralın 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Məlumatı DİN mətbuat xidməti verib.
Fevralın 18-də polis əməkdaşları ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfəri də taparaq aidiyyəti üzrə təhvil veriblər.
P.ƏMİRCANOV
XQ