Gün ərzində 47 cinayətin açılması təmin olunub

post-img

Fevralın 16-da ölkə ərazisində qeydə alınan 46 , əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Axtarışda olduğuna görə ümumilikdə 16, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat