Azərbaycan-Pakistan Ticarət-Sənaye Palatasının açılışı keçirilib

post-img

İslamabad şəhərində təsis edilmiş Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılış mərasimi keçirilib.

Tədbirdə Pakistanın investisiya naziri Abdul Alim Xan, xarici ölkələrin səfirləri, Pakistanın dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyinin əməkdaşları,  elm, mədəniyyət xadimləri, hər iki ölkədənin biznes strukturlarının nümayəndələri iştirak edib.

Əvvəl Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib, ölkəmizdə biznes və investisiya mühitinə dair videoçarx nümayiş olunub.

Ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov iki qardaş ölkə arasındakı yüksək səviyyəli diplomatik münasibətlərin iqtisadi əlqalərəimizin inkişafına möhkəm zəmin yaratdığını deyib, Azərbaycanda investisiya imkanları, digər vergi güzəştləri və təşviqlər,  2027-ci ilin sonunadək Pakistandan ölkəmizə göndərilən düyünün idxal gömrük rüsumundan azad edilməsi ilə bağlı danışıb, iştirakçılara iki dost və qardaş ölkə arasında potensial əməkdaşlıq imkanları barədə məlumat verib.

Abdul Alim Xan, Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Atif Ikram Şeyx və Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının sədri Əhsən Zəfər Bəxtəvarinin çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan və Pakistan arasında bütün sahələrin, o cümlədəən iqtisadi-ticarət əlaqələrinin də artan tendensiya üzrə inkişaf etdiyi diqqətə çatdırılıb,  xarici investorlar üçün Azərbaycanda yaradılan əlverişli investisiya mühiti və biznes imkanları, Pakistan şirkətlərinin ölkəmizdəki fəaliyyəti barədə danışılıb.

Sonda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının rəmzi açıldığını bildirən qırmızı lent kəsilib, xatirə şəkilləri çəkilib.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

İslamabad 

 











Sosial həyat