Qrip: 10 qayda, daha çox fayda

post-img

Qripdən xilas olmağın əsas yolu immuniteti gücləndirməkdir. Vitamin və mineral qəbuluna diqqət yetirmək immunitet sistemini qoruyur.

Qrip, xüsusilə, yaşlılarda və xroniki xəstəlikləri olanlarda ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, sizdə qrip əlamətləri (qızdırma, halsızlıq, əzələ ağrıları, boğaz ağrısı, öskürək) müşahidə olunanda, istirahət etməli, lazım gəldikdə həkimə müraciət etməli və qeyd edilən 10 tədbirə əməl etməlisiniz:

– Əlləri yumaq virusların əldən ağız, burun və ya gözə keçməsinin qarşısını alır.

– Maska taxmaq virusun yayılmasını azaldır. Xüsusən insanların sıx olduğu yerlərdə və ya xəstə insanların yaxınlığında.

– Təmizlik aparmaq– evdə tez-tez istifadə olunan telefon, qapı dəstəyi, açar və s. dezinfeksiya etmək lazımdır.

– Sağlam qidalanma immuniteti gücləndirir. Yetərincə vitamin və mineral qəbuluna diqqət yetirin. C vitamini və sink kimi immuniteti dəstəkləyən qidalar yeyin. Tərəvəzlər, meyvələr və sağlam yağlar vacibdir.

– Yuxusuzluq immunitet sistemini zəiflədə bilər, ona görə də müntəzəm, keyfiyyətli yuxu almaq çox vacibdir.

– Sudan bol istifadə etmək... Bədənin su balansının saxlanılması selikli qişaların düzgün işləməsini və virusların orqanizmdə daha az təsirli olmasını təmin edir.

– Mühitin havalandırılması, xüsusən də tez-tez istifadə olunan otaqlarda virusların yayılmasının qarşısını ala bilər.

– Sıx mühitlərdə, xüsusilə qrip mövsümündə insanların sıx olduğu yerlərdə olmamağa diqqət edin.

– Peyvənd olunmaq sizi qriplə yanaşı, ciddi infeksiyalardan qoruyar.

– C vitamini qəbul etməklə qripə yoluxma riski əhəmiyyətli dərəcədə azalır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat