“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu fevralın 3-dən başlayaraq Yevlax şəhərində sakinlərə səyyar xidmət göstərir. Xəbərdə qeyd olunur ki, əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Yevlax şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Vətəndaşlara tibb, bank (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) xidmətləri, həmçinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi və sair xidmətlər göstərilir. “ASAN xidmət”in səyyar avtobusu Yevlaxda fevralın 26-dək xidmət göstərəcək.
XQ