Ötən ay DSMF-də 2025 vətəndaş müraciəti cavablandırılıb

post-img

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin yanvar ayı ərzində 2025 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərin 718-i ünvanlı dövlət sosial yardımı, 577-si pensiya təyinatı, 421-i sosial müavinət və təqaüd, 19-u sosial sığorta və fərdi uçot, 290-ı isə digər istiqamətlər üzrə olub.

Sosial həyat