Neftçala rayonunda "Azərbaycan Gəncləri Günü" keçirilib

post-img

1997- ci ildə Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncam ilə 2 fevral Azərbaycanda "Gənclər Günü" kimi qeyd olunur.

Dünən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı  Mirhəsən Seyidovun təşəbbüsü ilə Neftçala Olimpiya İdman Kompleksində "Gənclər Günü"nə həsr edilmiş toplantı keçirilib.

Görüşdən öncə tədbir təşkilatçıları və bir qrup gənc Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərindəki abidəsini ziyarət edib, abidə önünə təzə-tər çiçəklər düzüblər.

Tədbirdə Azərbaycan Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Neftçala Olimpiya İdman Kompleksində  yeniyetmə və gənclər müxtəlif idman növləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
 Tədbirdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov ölkəmizdə hər il "Azərbaycan Gəncləri Günü"nün  qeyd ediməsinin gənc nəslə böyük önəm verən Ulu Öndərin Azərbaycan gənclərinə etimadının, onlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb və "Gəncləri Günü"nün yaranmasından, Ulu Öndərin dövlət–gənclər siyasətinin əhəmiyyətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsindən, gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində fəal iştirakından söhbət açıb, çıxışının sonunda bayram münasibəti ilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbir iştirakçıları Şirvan–Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala rayon Gənclər və idman sektorunun müdiri Araz Əhmədov, rayonun fəal gəncləri Anar Güllərli, Şəfəq Tağıyeva və Ramilə İmanlı  da öz növbəsində Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, gənclərin hərtərəfli  inkişafı üçün yaradılan imkanlardan, onlara verilən dəstəkdən və onların bu dəstəkdən güc alıb inkişaf etmələrindən danışıb, Heydər Əliyev yolunu davam etdirən  Prezident İlham Əliyevə və Birinci vitse - prezident Mehriban Əliyevaya  bütün gənclər adından təşəkkür ünvanlayıblar.

Tədbirdə cəmiyyətdə fəallığı, uğurları ilə seçilən  bir qrup gənc fəxri fərman ilə təltif olunub, sonda
tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Zülfiyyə ZİYA
XQ

Sosial həyat