Fövqəladə Hallar Nazirliyinin qurumları müvafiq davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbində və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhəri 25 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsində və Masallı rayon Qəzvinoba kənd ümumi orta məktəbində, Şimal-Qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonu E.Məmmədov adına Çarxana kənd tam orta məktəbində və Şəfili kənd ibtidai məktəbində, Muğan Regional Mərkəzi tərəfindən K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində və Aran Regional Mərkəzi tərəfindən Ucar rayon Mədəniyyət evində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.