Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayev yanvarın 24-də Komissiyanın həmsədri, Pakistanın müdafiə, müdafiə istehsalı və aviasiya naziri Xavaca Məhəmməd Asiflə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Pakistandakı səfirimiz Xəzər Fərhadovun iştirak etdiyi görüşdə müxtəlif sahələrdə ölkələrarası əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Hər iki ölkənin milli maraqlarının təmin edilməsində Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.